Accessibility links

Kiçik bir düzəlişlə əlil arabaları daha rahat idarə edilə biləcək [Video]


Əlil arabasında manevr etməyin bir yolu var. Təkərlərin birini sıxıb, ikincisini itələmək. Avarçəkmədəki kimi…

“Ənənəvi əlil arabalarının çalışması alış-veriş zamanı istifadə edilən arabalara çox bənzəyir. Onların müxtəlif tərəflərə fırlanan kiçik təkərləri var. Bu, bəzi şeylər üçün çox yaxşıdır. Amma digər şeylər üçün heç də həmişə yaxşı deyil.”

Lakin çox sadə bir düzəliş ilə arabanın istiqamətini dəyişmək daha asan və intuitiv olur.

“Bu arabada kiçik təkərləri möhkəmlədib, düz istiqamətə hərəkət etməsini təmin etmək olar. Oturacağına arxa hissəsinə təzyiq verdikdə isə təkərlərin vəziyyətini dəyişib, istinilən istiqamətə sürmək mümkündür.”

Arabadın adı Reacirodur və onunla mavevr etmək üçün dönəcəyin istiqamətə söykənməyin kifayətdir.

“Bu, velosipedlərdəki kəndir əyləc kimi çalışır. Fərq ondadır ki, burada yalnız dartmırsan, həm də itələyirsən. Bu yolla oturacağın arxa hissəsi təkərlərin istiqaməti dəyişməsinə təkan verir.”

Reaciro arabası çox sadə bir ideya əsasında hazırlanıb. Müəlliflər də ideyanı artıq patentləşdiriblər və məhsulu bazara çıxarmaq üçün sərmayeçilərdən dəstək gözləyirlər.

XS
SM
MD
LG