Accessibility links

Yeni Hollivud Filmləri: `Another Earth`(video)


Yeni Hollivud Filmləri: `Another Earth`(video)
Yeni Hollivud Filmləri: `Another Earth`(video)

Görəsən tam bizə bənzər adamlar başqa həyatda, başqa dünyada yaşasaydılar necə olardı? Mayk Kahilin yenicə ekranlara çıxan elmi-fantastik drama janrında çəkilmiş `Another Earth`filmi bunun mümkünlüyünü tədqiq edir. Film iki nəfərin ölümünə səbəb olan avtomabil qəzasından sonra həyatı parçalanmış qabaqcıl gənc astrofizik Rodad Viliams haqdadır. Roda üfiqdə başqa Yer Kürəsi görünənədək həbsdə yaşayır.

Sakinləri ilə bərabər ikinci Yer Kürəsi bizim dünyanın dublikatıdır. Bir çoxları baş verənlərdən narahat olurlar. Lakin Roda üçün ikinci Yer Kürəsi ümid yeridir. Ölümlə nəticələnən qəzaya görə cəzasını çəkdikdən sonra Roda özünü dünyadan təcrid edərək valideyinlərinin evində yaşayır. O, özünü bağışlaya bilmir. İkici Yer Kürəsində onun həyatı başqa istiqamətdə davam edir. Ola bilsin ki, orada o, ana ilə oğulu həlak edən qəzanın qarşısını ala bilsin.

Rodanın ikinci dünyaya səyahət etmək üçün pulu yoxdur və o, arzusunu gerçəkləşdirərək iknci dünyaya səyahət etmək üçün inşa müsabiqəsində iştirak edir və , müsabiqənin qalibi olur.

Yeni Hollivud Filmləri: `Another Earth`(video)
Yeni Hollivud Filmləri: `Another Earth`(video)

Bu arada onun həyatında başqa dəyişiklik də baş verir. Belə ki, təskinlik axtarışında Roda hadisədə uşağını və həyat yoldaşını itirmiş kişinin evinə üzr istəməyə gedir. Amma özünü itirir və özünü xadimə işi axtaran bir qadın kimi qələmə verir. Hadisədən sonra, azyaşlı olduğundan Rodanın şəxsiyyəti gizli saxlanılır . Beləliklə Con qapısına gələn qadının kim olduğundan xəbərsizdir və onu işə qəbul edir.

Tədricən onlar dostlaşırlar. Onların münasibətləri daha da yaxınlaşır. Lakin Roda ona ikinci Yer Kürəsinə bilet udduğunu deyəndə Con məyus olur. Con anlayır ki, bir daha ona yaxın olan bir insanı itirmək üzrədir.

`Another Earth` fəlsəfi sual yaradan və fitnəkar sonluqlu təkraredilməz həssas drammadır. Filmin çəkilişinə 100 000 dolardan az pul xərclənib və bu film artıq Sundance Film Festivalında iki mükafat alıb. Tənqitçilər və tamaşaçılar filmi məhəbbətlə qarşılayıblar.

XS
SM
MD
LG