Accessibility links

Bəzi məşhurlar 2014-cü il üçün məqsədlərini açıqlayıb


Yeni İl bir çox insan üçün yeni başlanğıc deməkdir – Hətta məşhurlar üçün də.

Bəzi məşhurlar 2014-cü il üçün məqsədlərini açıqlayıb.

Müğənni Demi Lovato Yeni İl məqsədini twitter hesabında yayımlayıb. Müğənni 2014-cü ilin sağlamlıq, idman, güc və musiqiyə bərabər olduğunu yazıb.

Basketbolçu Lamar Odomdan ayrılan Klo Kardaşian üçün Yeni İl çətin olacaq.
Amma o, nikbindir və Yeni İldə hər şeyə təzədən başlayacağını deyib.

Hillari Daff isə sadəcə çoxlu kitab oxumaq məqsədi olduğunu deyib.

Son zamanlardakı rəftarı barədə sosial şəbəkədə açıqlama verən Şia LaBöf twitterdə qalmaqal yaratmamaq üzərində işləyəcəyini etiraf edib.

Kim Kardaşian 2014-cü ildə arıqlamaq istədiyini, İngiltərəli aktrisa Kelli Osborn isə hər bir gün üçün təşəkkür edəcəyini deyib.

2014-cü ilə bəzi məşhurlar belə başlayıb.
XS
SM
MD
LG