Accessibility links

Qərb şəhərlərində yeni il şənlikləri ilə bağlı təhlükəsizlik tədbirləri görülür


Dünya boyu iri şəhərlərdə Yeni İl şənlikləri ilə bağlı təhlükəsizlik tədbirləri görülür.

19 dekabrda Berlində Milad bazarına edilmiş hücumdan sonra təhlükəsizliklə bağlı narahatlıqlar artıb.

Paris yenidən Eyfel Qülləsi ətrafında atəşfəşanlığı ləğv edib.

Almaniya paytaxtında polis bayram tədbirinin keçiriləcəyi Brandenburq Darvazası meydanında beton divarlar və zirehli maşınlar yerləşdirib.

Paris yenidən Eyfel Qülləsi ətrafında atəşfəşanlığı ləğv edib. Lakin mərkəzi Chams Elysee xiyabanında silahlı əsəgərlərin və nəqliyyat baryerlərinin müşayiəti ilə bayram şənliyi keçiriləcək.

Londonin mərkəzində ilk dəfə olaraq polislər metroda patrul çəkəcəklər. Silahlı zabitlər Trafalgar meydanından Temza Çayı sahillərinədək ərazilərdə işləyən qatarlarda olacaqlar.

Nyu York şəhər rəsmiləri Manhattan dairəsində Times meydanı ətrafında onlarla yük maşını yerləşdiriblər. Bu maşınlar 1 milyondan artıq adamın iştirak edəcəyi şənliklərdə bayrer rolunu oynayacaq.

2017-ci ilin gəlişini ilk bayram edən Avstraliya paytaxtında da 2,000 əlavə polis patrul işlərinə cəlb olunub.

XS
SM
MD
LG