Accessibility links

Apple-ın yeni iPhone X modeli hər kəs üçün deyil [Video]


Apple-ın yeni iPhone X modeli hər kəs üçün deyil
please wait

No media source currently available

0:00 0:02:25 0:00

“Sizi Stiv Cobs teatrında salamlamaq mənim üçün böyük bir şərəfdir.”

Apple-ın təsisçisi Stiv Cobsu yad etdikdən sonra şirkətin rəhbəri Tim Kuk vaxt itirmədən yeni məhsullarını – artıq telefona bağlanmağa ehtiyac duymayan Apple Watch-un üçüncü seriyasından başlayaraq, 4K video ötürmə xüsusiyyətləri ilə rəqiblərini qabaqlayan yeni Apple TV-yə qədər yeni cihazları təqdim etdi.

Amma, bütün üstün xüsusiyyətlərinə baxmayaraq, yeni iPhone 8 və iPhone 8 plus da daxil olmaqla heç bir məhsul gecənin ulduzu iPhone X-i kölgədə qoya bilməzdi.

“Bu iPhone 10-dur. Orijinal iPhone çıxandan bəri ən böyük sıçrayışımızdır.”

Küncdən-küncə displeyi və üz tanıma texnologiyası… iPhone 10 orijinal iPhone-un 10 illik yenilənmiş versiyasıdır. Amma 999 dollar başlanğıc qiyməti ilə, o heç də hər kəs üçün uyğun olmaya bilər. Bu sözləri Bankrate.com saytının təhlilçisi Mark Hamrik deyib.

“Bu telefonu almaq üçün yeməklərinə qənaət edən insanlar təbii ki, var. Biz bu addımın düzgün olub-olmadığı haqqında mübahisə edə bilərik. Yəgin ki, deyil və biz insanları bu cihazı almaqdan öncə öz gəlirlərini təhlil edib, yaxşı düşünməyə çağırırıq.”

Baxmayaraq ki, telefon operatorları Apple-ın yeni telefonunun dəyərini aylara və illərə bölmək imkanı verəcəklər, cihazın aylıq ödənişinin üzərinə aylıq telefon və internet məsrəflərini əlavə edəndən sonra ödəniləcək məbləğ çoxları üçün kifayət qədər ciddi bir rəqəm olacaq.

“Telefonunu bəyənməməyin və ya telefonunun istədiyin kimi çalışmamağı o demək deyil ki, sənin bu yeni və parlaq cihaza ehtiyacın var.”

Hamrik təklif edir ki, telefonunuz yaxşılaşdırmaq istəyirsinizsə, bazardakı digər cihazlara diqqət yetirmək lazımdır. Məsələn Apple-ın ən böyük bazarı olan Çində istehlakçılar məhz bunu edəcəklərini deyirlər.

“İnternetdə şayiələr gəzir ki, Çində yeni iPhone-un qiyməti 1,225 dollar olacaq. Məncə qiymət normaldır. Sadəcə əmin olmaq istəyirəm ki, yeni cihaz bu pula dəyər. İndiki zamanda bazarda böyük displeyli telefonlar çoxdur. Ona görə də bir az gözləyəcəm.”

Yüksək qiymətinə baxmayaraq, Hamrik deyir ki, iPhone 10-dan əlinizi üzməyə dəyməz. Amma tənqidçilərin fikrincə, 1000 dollar qiyməti istifadəçilərin bəzilərini başqa şirkətlərə keçməyinə səbəb olacaq.

XS
SM
MD
LG