Accessibility links

ABŞ-ın yeni müdafiə naziri Əfqanıstandadır


Səfərinin ikinci günü Eşton Karter Kabildən Qəndəhara gedib

ABŞ-ın yeni müdafiə naziri Eşton Karter Əfqanıstana səfər edib. Əfqanıstanın cənubunda olan yeni müdafiə naziri ABŞ qoşunlarının qarşıdakı iki il ərzində bu ölkədən çıxması planını nəzərdən keçirib.

Əfqanıstana səfərinin ikinci günü cənab Karter paytaxt Kabildən Qəndəhara gedərək irada Əfqanıstan liderləri və Amerika ordu komandirləri ilə görüşüb.

Karterə Əfqanıstan təhlükəsizlik qüvvələrinə keçilən təlim barədə qısa məlumat verilib.

Yeni nazir deyib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı missiyasının detallarını yenidən nəzərdən keçirir. O, buraya ABŞ qoşunlarının ölkədən çıxarılmasının ləngidilməsi məsələsinin də daxil olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG