Accessibility links

Papua-Yeni Qvineyada güclü zəlzələ qeydə alınıb


Sakit okeanı adası Papua-Yeni Qvineyada güclü zəlzələ qeydə alınıb. Lakin sunami xəbərdarlığı verilməyib.

Amerikanın Geoloji Araşdırmaları Mərkəzinin bildirdiyinə görə, 7.5 bal gücündə baş verən zəlzələnin episentri Enqa vilayətinin Porqera bölgəsində olub.

Dağıntılar və təlafat barədə məlumat verilməyib.

Bu adada zəlzələlər nadir hal deyil. "Alov kəməri" adlanan regionda yerləşən Papua-Yeni Qvineyada seysmik fəaliyyətlər tez-tez qeydə alınır.

XS
SM
MD
LG