Accessibility links

Yeni texnologiya iflicli insanların ünsiyyət qurmalarına yardım edir [Video]


Psixoloq Nils Birbaumer karyerasının böyük hissəsini bədənlərini idarəetmə funksiyasını itirən insanlarla çalışmaqla keçirib. 2008-ci ildə o, bədənlərini idarə etmək qabiliyyətini itirən, əksəriyyətinin isə yaşamaq üçün nəfəs borusuna bağlı olan insanların həyatlarının keyfiyyəti ilə bağlı bir məqalə dərc edib. Araşdırmada onların çoxunun həyatlarından məmnun və xoşbəxt olduğu göstərilir. Ötən ay dərc edilən yeni bir araşdırmada isə Birbaumer sözün əsl mənasında öz bədənlərində iflic olmuş insanlarla ünsiyyət qurmağın yolunu tapdığını qeyd edib.

Professor Birbaumerin apardığı bu araşdırma beyin-kompyuter interfeyzləri sahəsində böyük irəliləyişdir, çünki bu, tamamilə qapanmış, yəni bədənlərinin heç bir hissəsini, hətta gözlərini belə hərəkət etdirə bilməyən insanların ünsiyyət qura bildiklərini göstərdi.
Con Donohyu

Bu sadə görünüşlü, qeyri-invaziv papaq tədqiqatçılara ALS, yəni yan amiotrofik skleroz kimi degenerativ sinir xəstəlikləri olan insanlarla ünsiyyət qurmağa imkan yaradır.

Bu papaq Wyss Bio və Nevromühəndislik Mərkəzi tərəfindən bədənlərininin hətta ən kiçik hissələrini belə tərpətmək qabiliyyətini itirmiş insanlarla əlaqə yaratmaq üçün inkişaf etdirilib.

Psixoloq Nils Birbaumer “tamamilə qapanmış sindromu” olan, yəni bədənlərinin hər bir hissəsi iflic olan insanlarla danışa bilib-bilməyəcəyini yoxlamaq üçün Wyss Mərkəzində bu papaq üzərində işləyib.

“Professor Birbaumerin apardığı bu araşdırma beyin-kompyuter interfeyzləri sahəsində böyük irəliləyişdir, çünki bu, tamamilə qapanmış, yəni bədənlərinin heç bir hissəsini, hətta gözlərini belə hərəkət etdirə bilməyən insanların ünsiyyət qura bildiklərini göstərdi", Con Donohyu deyir.

Komanda sadə suallara cavab almaq üçün beyindəki qan dövranını yoxlayan papaqdan istifadə edərək dörd xəstə ilə çalışıb.

“Xəstə suala “hə” və ya “yox” cavabı verməyi fikirləşdiyində, cihaz o fikir zamanındakı qan dövranını qeydə alır və cavabdan asılı olaraq necə dəyişdiyini hesablayır. Qısa bir müddət sora isə kompyuter “hə” və “yox”cavabı zamanı qan dövranını göstərən bir model inkişaf etdirir”, Nils Birbaumer deyir

Birmaumer həmçinin aşkar edib ki, çoxlarının düşündüyünün əksinə olaraq, bu xəstələr özlərini ilişib qalmış və ya məzlum hiss etmirlər.

“Uzun zaman ərzində həyatın keyfiyyətini sorğu yolu ilə beyin-kompyuter interfeyzləri üzərində yoxlayanda, nəticələr göstərir ki, xəstəlik dövründə bu insanların həyatının keyfiyyəti yüksəkdir. İcitmaiyyətin qərəzli düşüncələrin və tibbi sistemin əksinə, tamamilə iflic olmalarına bamayaraq, bu insanların həyatlarının keyfiyyəti yüksəkdir.”

Birbaumer deyir ki, onun texnologiyası çox mühümdür, çünki bu cihaz heç bir şəkildə ünsiyyət qurmaq imkanı olmayan insanlara öz bədənlərini idarə etmək imkanı yaradır.

XS
SM
MD
LG