Accessibility links

Yeni Zelandiyanın sabiq baş naziri BMT-nin baş katibi vəzifəsinə seçilmək istəyir


Yeni Zelandiyanın sabiq baş naziri Helen Klark BMT-nin baş katibi Ban Ki Munu vəzifəsində əvəz etmək istəyir.

Yeni Zelandiya hökuməti bazar ertəsi rəsmi olaraq Klarkın adını dünya rəsmilərinə təqdim edib. Vellinqtonda keçirilən mətbuat konfransında onun nominasiyası elan edilərkən hazırkı baş nazir Con Key sələfinin səriştəli və təcrübəli tanınmış lider olduğunu deyib.

Klark 2009-cu ilin aprelindən bəri BMT-nin İnkişaf Proqramına rəhbərlik edir. O, BMT-nin səylərini vətəndaş müharibəsi və zorakı ekstremizmə yönəltmək üçün 70 il fəaliyyət göstərən təşkilatda islahatlar aparacağını vəd edib.

66 yaşlı Klark 1999-cu ildən 2008-ci ilədək Yeni Zellandiyanın baş naziri vəzifəsini icra edib. O, BMT-nin baş katibi vəzifəsinə namizədliyini verən səkkiz nəfərdən biridir. Namizədlərin üçü qadındır.

BMT-yə üzv ölkələrin çoxu baş katib vəzifəsinə ilk dəfə qadın seçilməsini istəyir. Rusiya isə növbəti katibin ilk dəfə olaraq Şərqi Avropadan seçilməsini istəyir.

BMT-nin Baş Assambleyası bütün namizədləri nəzərdən keçirmək üçün gələn həftə dinləmə keçirəcək. Qalib namizəd gələn ilin yanvar ayında vəzifəsinin icrasına başlamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG