Accessibility links

Yeni Zelandiyada zəlzələ


Noyabrın 13-də Yeni Zelandiyanın Kraysçörç şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələ şəhərini91 kilometr şimal-şərqində gecə yarısı baş verib.

Zəlzələdə ölən olmayıb. Ancaq sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayılıb.

Yeni Zelandiyanın Cənub adasındakı ən böyük şəhər olan Kraysçörç yaxınlığında kiçik yeraltı təkanlar davam edərkən, 200 kilometr aralı yerləşən paytaxt Uellinqtonda da təkanlar hiss edilib.

2011-ci ildə Yeni Zelandiyada baş verən 6,3 bal gücündəki zəlzələdə 185 nəfər ölmüşdü.

XS
SM
MD
LG