Accessibility links

Yeni Zellandiyada 600 turist daşqın nəticəsində ucqar şəhərdə qapalı qalıb


Yüzlərlə turist güclü qasırğanın yolları dağıtmasından sonra Yeni Zellandiyanın ucqar şəhərində 48 saat ərzində qapalı qalıblar. Şənbə günü yolları təmizləyəndən sonra rəsmilər turistləri azad etməyə müvəffəq olublar.

Təxminən 600-ə yaxın turist Cənub Adanın Haast adlı tarixi şəhərində qapalı qaldıqdan sonra evlərinə geri qayıdırlar.

Daşqın nəticəsində yolların çoxu yarasız vəziyyətə düşüb. Qasırğa və yaranan daşqın ağacların yerindən çıxmasına, elektrik xətlərinin xəsarət almasına və körpülərin dağılmasına səbəb olub.

Təxminən 117 sürücü də daşqınlar zamanı müxtəlif ərazilərdə qapalı qalıblar. Təbii fəlakətin miqyası höküməti fövqəladə vəziyyət elan etməyə məcbur edib.

XS
SM
MD
LG