Accessibility links

İlham Əliyev: Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir


Bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır. Bu barədə prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrikində bildirib

Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq.

Dövlət başçısı xalqı əmin edib ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar.

“Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir”, o qeyd edib.

Prezident ölkənin xarici siyasətinin əsas prioritetinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bəyan edib.

“Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.

Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar”.

Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər.

O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini xatırladıb.

“Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir”.

Dövlət başçısı bildirib ki, münaqişənin həllinə nail olmaq üçün əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və Azərbaycan bunu yaradır.

Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur.

“Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. 2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilmişdir. Düşmənə sarsıdıcı zərbələr endirilmişdir və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur”.

Əliyev 2015-ci ildə enerji sahəsində önəmli addımlar atıldığını deyib.

“TANAP layihəsinin icrası başlamışdır. Artıq TANAP layihəsinin həyata keçirilməsi reallıqdır. Burada Azərbaycan tərəfdaş ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin əsas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdıraq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək”.

Prezident 2015-ci ildə nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparıldığını bildirib.

Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni “İpək Yolu” layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir.

“Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni “İpək Yolu” layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə bundan sonra – bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir. Bu, nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur”, o qeyd edib.

Dövlət başçısı 2015-ci ildə keçirilən parlament seçkilərini ölkəmizin inkişafı üçün çox önəmli hadisə adlandırıb.

“Parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Azərbaycan xalqının iradəsi öz əksini tapmışdır. Parlament seçkilərinin nəticələri xalq tərəfindən bizim siyasətimizə verilən yüksək qiymətin təzahürüdür. Mən bunu belə qəbul edirəm.

Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG