Astronavtlar deyir ki, Yer kürəsini bütöv planetin perspektivə daxil olduğu məsafədən görmək həyatı dəyişən bir təcrübədir və Yer kürəsinin nə dərəcədə gözəl və kövrək olduğunu anlamağa yardım edir. Kaliforniyada bir qrup entuziast peyk görüntülərindən istifadə edərək bu duyğunu daha çox insana yayan və zərərli insan fəaliyyətinin Yer kürəsinə təhlükələri barədə maarifləndirən qeyri-kommersiya təşkilatı yaradıb.
Astronavtlar bunu “Ümumi Baxış effekti” adlandırır. Bu effekt insanların Yer kürəsini qaranlıq və boş bir məkanda gözəl mavi kürə olaraq görəndə keçirdikləri hisslərdir.
Yüksək keyfiyyətli kameralar ilə təchiz olunmuş kommersiya peyklərinin yayılması ilə korporasiyalar və hökümətlər bu heyrətləndirici şəkillərdən istifadə edərək təbii ehtiyyatlar barədə qərar verə bilirlər.
“Bu datalar hədsiz sayda pazzl parçaları kimidir. Bu datalar mövcud olsa da, onlardan hər hansı məlumat əldə edəcək şəkildə toplanmayıb”, Daily Overview-dan Stiv MakKormik bildirir.
Kaliforniyada fəaliyyət göstərən Daily Overview adlı qeyri-kommersiya təşkilatı bu görüntüləri ictimaiyyət üçün mənalı və maraq doğuran məlumatlara çevirir. Məqsəd insanları planetin gözəlliyi barədə, eləcə də Venesuzeladakı qeyri-qanuni mədənçilikdən tutmuş Rohinca qaçqın düşərglərinə kimi insanların səbəb olduğu habelə təbii fəlakətlərin verdiyi zərələr barədə məlutmatlandırmaqdır.
“Biz insanların planetə təsir etdiyi dəyişiklikləri müəyyən edirik və peyk görüntülərindən istifadə edərək həmin dəyişikliklərlə bağlı ucuz, daha öncə görünməmiş və inanılmaz məlumatlar hazırlayırıq”, Dan Hammer söyləyir.
Ən maraqlı görüntülər vaxt aşırı baş verən xüsusi dəyişklikləri göstərən şəkillərdir. Buna meşəsizləşdirilmə, mədənçiliyin təsirləri və çirklənmiş çimərliklər daxildir. Daily Overview bu fəaliyyətini artırmağa ümid edir.
Mənim belə bir fərziyyəm var ki, əgər insanlar nə isə görür və görüdükləri şey ilə bağlı daha çox məlumat əldə edirlərsə, bu onlarım əməllərini dəyişmələrinə gətirib çıxara bilər/Ben Qarant
“Mənim belə bir fərziyyəm var ki, əgər insanlar nə isə görür və görüdükləri şey ilə bağlı daha çox məlumat əldə edirlərsə, bu onlarım əməllərini dəyişmələrinə gətirib çıxara bilər”, Ben Qarant deyir.
Digər şəklillərdə həm təbiət həm də şəhərlər, avtobanlar, körpülər və limanlar kimi insanların yaratdlğı ətraf mühit göstərilir.
Onlara baxdıqca həm heyrətlənirsən, həm də həmin yerlərə dəyən ziyanı görüb kədərlənirsən.
Dörd il ərzində Daily Overview-nun sosial mediadakı izləyicilərinin sayı heç bir reklam olmadan 675 minə çatıb. Hər şəklin altında qısa məlumat yerləşdirilir. Xüsusi softveyr şəkillərin saxtalaşdırımamasını təmin edir. Şəkillərə dailyview.com-da baxmaq olar.