Accessibility links

Yerevanda etiraz aksiyaları davam edir


Bəzi küçələrdə kütləvi saxlanmalara baxmayaraq Yerevandakı etiraz aksiyaları davam edir.

Etirazçıların bir qismi Erebuni küçəsindən Tiqran Mts və Arşakunyats prospektləri ilə şəhərin mərkəzinə üz tutublar.

Çoxlu sayda insanın qatıldığı yürüş şəhər meriyasının binasına çatıb. Aksiyaçıların sayı artır. Onlar Respublika meydanına tərəf hərəkət edirlər.

Oraya isə çoxlu sayda polis qüvvələri toplanıb.

Polis bildirir ki, aksiyalar qanunsuzdur və etirazçıları evə dağılışmağa çağırır.

Meydandakı aksiyaçılardan biri polisə müraciətlə bildirib ki, "əgər siz qanun-qayda yaratmağa gəlmisizsə, niyə maska geymisiz?"

Bundan sonra polis zabiti "OMON"çulara maskalarını çıxarmağı əmr edib.

Ermənistanda etiraz aksiyalarının təşkilatçısı, "Vətəndaş sazişi" partiyasının lideri Nikol Paşinyan saxlanıb.

Aprelin 22-də aksiyaçılar Yerevanda yürüş keçirərkən polis kardonunu yarmaq istəyiblər.

Qarşıdurma yaranıb. Paşinyanla bərabər onun partiyasndan olan deputat Sasun Mikaelyan da saxlanıb. Paşinyanın saxlanmasından sonra məhz o, etirazçıları aksiyanı davam etdirməyə çağırırdı.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG