Accessibility links

Ermənistanda AzadlıqRadiosunun 3 əməkdaşı yaralanıb


Ermənistanda AzadlıqRadiosunun erməni xidmətinin 3 əməkdaşı yaralanıb.

İyulun 29-da Yerevanda etirazçılarla polis arasında baş verən qarşıdurmada radionun əməkdaşları da xəsarət alıb.

Karlen Aslanian, Hovannes Movsisian və Garik Harutiunian dəyənəkli mülkigeyimli şəxslərin hücumu ilə üzləşiblər.

Hovannes Movsisianın sözlərinə görə, polis olduğu güman edilən şəxs ondan çəkiliş apardığını soruşub. «Sən çəkiliş aparırsan?» deyən şəxs Movsisian-ı itələyib, kamerasına zərbə endirib və jurnalistliyi bildirən nişanı dartıb qoparıb: «Mən ona dedim ki, çəkilişi dayandıra bilərəm. Ancaq onlar məni döyürdülər», - mülkigeyimli şəxslərin əlindən güclə qaça bilən jurnalist sonradan bildirib.

Azad Avropa/Azadlıq Radiolarının prezidenti Tomas Kent jurnalistlərə hücumu pisləyib. T.Kent Ermənistan hakimiyyətini jurnalistlərə hücum edənlərə qarşı ədalət çərçivəsində ölçü götürməyə və jurnalistləri öz qanuni fəaliyyətlərini yerinə yetirməsi üçün müdafiə etməyə çağırıb.

Ermənistan DİN-in mətbuat katibi Ashot Aharonian Facebook postunda söz verib ki, jurnalistlərə hücum edənlər tezliklə tapılıb cəzalandırılacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG