Accessibility links

Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa edilib


İkigünlük fasilədən sonra Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa edilib.

Bu iki gün ərzində etiraz aksiyaları Ermənistanın digər şəhərlərində təşkil edilib.

Aprelin 29-da Nikol Paşinyanın rəhbərliyi ilə müxalifət tərəfdarları yenidən paytaxtın küçələrinə çıxıblar.

Parlamentdəki "Yelk" fraksiyasının lideri olan Paşinyan kütləvi aksiyaları "xalq hərəkatı" adlandırır.

Bu aksiyalar artıq baş nazir Serj Sarkisyanın istefasına səbəb olub, amma hakim Respublikaçılar Partiyası hakimiyyətdən getmək istəmir.

İlk öncə Sarkisyanın baş nazir seçilməsinə etiraz edən aksiyaçılar indi digər problemləri də qaldırırlar.

Aprelin 28-də doğma İcevan şəhərində yerli sakinlər qarşısında çıxış edən Paşinyan deyib ki, Ermənistan klan hakimiyyətindən qurtulmalıdır.

Bundan başqa etirazçılar bildirirlər ki, Ermənistanda korrupsiya geniş yayılıb və rüşvət vermədən uğurlu karyera qurmaq mümkün deyil.

Respublikaçılar Partiyası hakimiyyətdən getmək istəməsə də, baş nazir postuna namizəd irəli sürməyəcəyini də deyib.

Bundan başqa parlamentdəki "Sarukyan bloku" və "Daşnaksutyun" partiyası da Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləyəcəyini bildirib.

Paşinyan xalqa müraciət edərək hamını yeni baş nazirin seçkisi keçiriləcəyi gün küçələrə axışmağa çağırıb.

Aprelin 29-da Paşinyanın tərəfdarları yenə Yerevandakı Respublika meydanına toplaşıb.

XS
SM
MD
LG