Accessibility links

Yəməndə 4-cü gündür nümayişlər davam edir


Yəməndə 4-cü gündür nümayişlər davam edir
Yəməndə 4-cü gündür nümayişlər davam edir

Nümayişçilər avtoritar prezident Əli Abdulla Salehin hakimiyyətdən getməsi tələb edir

Yəmənin müxalifət fəalları avtoritar prezident Əli Abdulla Salehin hakimiyyətdən getməsi tələbi ilə 4-cü gündür paytaxt Sənada etiraz aksiyalarını davam etdirir.

Bu gün mindən çox universitet tələbəsi, hüquqşunas və başqa fəallar Səna Universitetindən şəhərin mərkəzinə doğru yürüş keçiriblər. Onlar Saleh əleyhinə şüarlar səsləndirib. Bu şüarlar Misirdə avtoritar prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyan nümayişçilərin səsləndirdiklərinin oxşarıdır. Yəmən nümayişçiləri hökumətin geniş yayılmış rüşvətxorluğunu ifşa edirlər.

Salehin tərəfdarı olan fəallar da bu gün Sənanın mərkəzində toplaşıblar. Yəmən polisi rəqib qruplarının bir-biri ilə toqquşmasının qarşısını almağa çalışıb.

Bundan başqa, polis Taiz şəhərində yüzlərlə hökumət əleyhdarı nümayişçilərin qarşısını alıb.

Dünən Yəmən polisi Sənaya toplaşan nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən istifadə edib.

XS
SM
MD
LG