Accessibility links

Yəməndə amerikalı müəllim öldürülüb


Iki naməlum şəxs onun maşınını Taez şəhərində atəşə tutub

Yəməndə amerikalı müəllim öldürülüb. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, iki naməlum şəxs onun maşınını Taez şəhərində atəşə tutub. Hücumçular qaçmağa nail olub.

Rəsmilər müəllimin Yəmənin İsveş İnstitutunun dillər məktəbinin direktor müavini olduğunu deyir.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Lakin yerli rəsmilər hücumun Əl-Qaidə ilə əlaqəsi olan qruplaşma tərəfindən həyata keçirildiyindən şübhələnir.

XS
SM
MD
LG