Accessibility links

Yəməndə kamikadze hücumu nəticəsində 26 adam həlak olub


Yəməndə kamikadze hücumu nəticəsində 26 adam həlak olub
Yəməndə kamikadze hücumu nəticəsində 26 adam həlak olub

Yəmənini cənub Hadramavt vilayətində kamikadze hücumu nəticəsində 26 adam həlak olub. Prezident sarayı qarşısında hücum vitse-prezident Əbd Rabbu Mənsur Hadinin ölkənin yeni lideri kimi and içməsindən bir neçə saat sonra həyata keçirilib. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, 20-dən artıq adam yaralanıb.

Cənab Hadi ciddi parçalanma gedən ölkədə birlik yaratmalıdır. Andiçmə mərasimi zamanı o, islamçı qruplaşmalara qarşı mübarizə aparacağına vəd verib. Əbd Rabbu Mənsur Hadi prezidentliyə yeganə namizəd kimi seçkilərdə səslərin 99 faizini əldə edib.

Sabiq prezident Əli Abdulla Saleh isə bu gün müalicə edildiyi ABŞ-dan vətəninə qayıdır. Bazar ertəsi o, rəsmən hakimiyyəti təhvil verməlidir.

Yəməndə uzun müddətdir ki, cənubda separatizm hərəkatı, şimalda şiələrin üsyanı və Əl-Qaidənin fəaliyyətləri davam edir.

XS
SM
MD
LG