Yəməndə yüz minlərlə adam küçələrə çıxaraq Prezident Əli Abdullah Salehin istefasını tələb ediblər. Nümayişçilər Salehin qadınların kişilərlə bərabər nümayişə çıxması haqda dediklərini də pisləyiblər.
Cümə günü prezident Saleh anti-hökumət nümayişlərində qaqdnların kişilərlə bərabər çıxış etməsini İslam dininə ziodd adlandırıb.
Bu bəyanat Səna, Taiz, İbb və başqa şəhərlərdə böyük qəzəb dalğası ilə qarşılanıb.
Yəməndəki etirazçılar ölkədə baş alıb gedən korrusöpoia və işsizlikdən narazıdırlar. Onlar 32 il hakimiyyətdə olmuş cənab Salehin dərhal istefa verməsini tələb edirlər.