Accessibility links

Yəməndəki İslamçı yaraqlılar Huta şəhərinə hücum etmişlər (Yenilənib)


Yəməndəki İslamçı yaraqlılar Huta şəhərinə hücum etmişlər (Yenilənib)
Yəməndəki İslamçı yaraqlılar Huta şəhərinə hücum etmişlər (Yenilənib)

Bu gün yüzlərlə yaraqlı Yəmənin cənubundaklı Huta şəhərinə hücum edərək, şəhərin bir hissəsini nəzarət altına almışlar. Təhlükəsizlik qüvvələri ilə döyüşlər zamanı bir polis işçisi ölmüş, üç nəfər yaralanmışdır. Yaraqlıların təhlükəsizlik və hökumət binaları, mərkəzi bank və məhkəmə binalarını mühafizə edən polislə atışdığı bildirilir. Əl-Qaidə üzvləri olduqlarından şübhələnilənlərin də daxil olduğu yaraqlılar hökumət qüvvələri ilə döyüşlərdən sonra şəhərin bir neçə məhəlləsini ələ keçirmişlər.

Son hücumlar Yəmənin Ərəb Körfəzi qonşularının ölkədəki vəziyyətlə bağlı müzakirələrinin bərpasından sonra baş verib. Lakin Yəmənin yaralanmış prezidenti Əli Abdulla Salehin istefa təklifini üç dəfə rədd etməsindən sonra müzakirələrdə heç bir nailiyyət əldə edilməyib.

XS
SM
MD
LG