Bu ilin ilk yarısında (yanvar-iyun aylarında) Azərbaycanda yol qəzaları 342 can alıb.
Dövlət Statistika Komitəsindən (DSK) bu gün, avqustun 7-də yayılan məlumata görə, 6 ay ərzində ölkənin avtomobil yollarında 822 qəza baş verib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə çoxdur. DSK bir il əvvəl eyni dövrdə 806 qəzanın baş verdiyini açıqlamışdı.
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da artaraq 1087 nəfərə çatıb. Bir il əvvəl bu göstərici 1074 nəfər olmuşdu.
Zərərçəkənlərdən 342-si həlak olub, 745-i isə yaralanıb.
Ötən ilin 6 ayında ölkədə yol qəzalarında 311 nəfərin həlak olduğu bildirilirdi.