Accessibility links

Yol qəzalarında 10 nəfər ölüb


Avtomobil qəzası 3
Avtomobil qəzası 3

10 nəfər cəmi 3 avtomobil qəzasında ölüb

Azərbaycanda yanvarın 7-də avtomobil qəzalarında 10 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatlarına görə, yanvarın 7-də Şəmkir rayonu (Bakıdan 400 kilometr qərbdə) ərazisində Göygöl rayon sakini Akif Əliyevin idarə etdiyi “Mercedes” markalı avtobusla rayon sakini Anar Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın toqquşub. Nəticədə A.Həsənov və onun 4 sərnişini hadisə yerində ölüb.

Digər məlumatda isə bildirilir ki, yanvarın 7-də Qızıldaş - Müşviqabad yolunda (Bakıdan 30 kilometr şimal-qərb) “UAZ” markalı avtomaşının sürücüsü idarəetməsini itirərək avtomobili aşırıb, nəticədə özü və sərnişini hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanada yanvarın 8-də dünyasını dəyişib.

Həmin gün Bakının Y.Səfərov küçəsində “VAZ-2106” markalı avtomaşınla “VAZ-21082” markalı avtomaşının toqquşması nəticəsində isə hər iki sürücü ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG