Accessibility links

Yolçu Xanvəli: Nodulyar dermatit virusunun insanlara keçmə ehtimalı yoxdur [Audio-müsahibə]


Dövlət Baytarlıq Xidməti_logo
Dövlət Baytarlıq Xidməti_logo

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlar arasında nodulyar dermatit virus xəstəliyi yayılıb. Xəstəlik bir neçə ay öncə ölkənin 4 rayonunda müşahidə edilib, hazırda 10 rayonda müşahidə edilməkdədir.

Yolçu Xanvəli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:14 0:00

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Amerikanın Səsinə müsahibəsində bildirib ki, xəstəlik ilk olaraq İraq, Türkiyə və İran ərazilərində qeydə alınıb. “Azərbaycanda isə nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri əvvəlcə Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, sonra isə Bərdə, Samux, Laçın, Zərdab və digər rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır”, o qeyd edib.

Xəstəliyin geniş yayılmasına havaların kəskin istiləşməsi nəticəsində virus daşıyan qansoran həşəratların aktivliyi, çoxalması, heyvanların nəzarətsiz hərəkəti, təsərrüfatlarda baytarlıq-sanitariya tələblərinə düzgün əməl edilməməsi səbəb olur.

“Dövlət Baytarlıq Xidmətinin əməkdaşları hazırda xəstəlik yayılmış rayonlarda işləyir. Xəstəlik yayılmış ərazilərdə karantin tətbiq edilib, ciddi dezinfeksiya tədbirləri aparılır, mal-qara bazarları müvəqqəti olaraq başlanıb. Xəstəlik qeydə alınmış məntəqələrdən diri heyvanların çıxarılması, kəsilməsi qadağan edilib. Bütün ət bazar və mağazalarında baytarlıq nəzarəti gücləndirilib”, Xanvəli qeyd edib.

Modulyar dermatit xəstəliyinin insanlara keçmə ehtimalı yoxdur. Yalnız iribuynuzlu heyvanlar arasında yayılır. Bu xəstəlik virus mənşəli olmaqla iribuynuzlu heyvanlarda qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəlik qansorucu həşəratlar vasitəsi ilə transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılır. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalmasına, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Mətbuat Xidmətinin rəhbərinin sözlərinə görə ölkədə indiyədək 1600 başadək iribuynuzlu heyvan bu xəstəliyə tutulub. “Hazırda 400 baş heyvan müalicə altındadır. Yalnız 11 baş heyvan yanaşı xəstəliklərin təsiri ilə ölüb. Ölmüş heyvanların üzərinə xlorlu əhəng tökülərək basdırılıb”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG