Accessibility links

YouTube Rusiya parlamentinin kanalını blok edib


YouTube Rusiya parlamentinin aşağı palatasından yayım edən Duma TV-ni blok edib. Bu da rəsmilərin qəzəbinə səbəb olub. Onlar dünyanın ən böyük video yayım xidmətinin cavab olaraq məhdudiyyətlərlə üzləşə biləcəyini deyib.

Şənbə günü Dumanın YouTube kanalında yerləşdirilən mesajda bildirilib ki, kanal “YouTube-un Xidmət Şərtlərini pozduğuna ləğv olunub.”

Alphabet Inc’s-in sahib olduğu YouTube bir müddətdir Rusiyanın kommunikasiya nəzarətçisi Roskomnadzor tərəfindən təzyiq altında idi və rəsmilər tez reaksiya veriblər.

“Görünən odur ki, YouTube özü özü ilə bağlı qərarı imzalayıb. Məzmunu yaddaşda saxlayın və Rusiya platfpormalarına transfer edin, tez olun,” Xarici işləra nazirliyinin sözçüsü Maria Zaxarova Telegram-da bildirib.

Kommunikasiya nəzarətçisi bildirib ki, Google-dan Dumanın kanalını dərhal bərpa etməsini tələb edib.

“Amerikanın IT şirkəti Qərbin bizim ölkəmizə qarşı başlatdığı məlumat müharibəsində açıq-aşkar Rusiya əleyhinə mövqeyə sadiq qalır,” Roskomnadzor bildirib.

Google Reuters-in şərh istəyinə dərhal cavab verməyib.

Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, YouTube-un addımı Vaşinqtonun hüquq və azadlıqları pozduğunun daha bir sübutudur.

“ABŞ informasiyanın yayılmasında monopoliya əldə etmək istəyir. Biz buna icazə verə bilmərik,” Volodin Telegram-da bildirib.

Rusiya fevralın 24-də Ukraynaya minlərlə qoşun göndərəndən bəri Twitter və Meta Platform şirkətinin Facebook və Instagram sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.

Rusiya daha öncə Telegram tətbiqini qadağan etməyə çalışıb, ancaq 2020-ci ilin ortalarında qadağanı aradan qaldırıb və indi bu tətbiq rəsmilər tərəfindən geniş şəkildə istifadə olunur.

Bəzi Rusiya KİV-ləri bu addımı kapitulyasiya kimi qiymətləndirib, amma Roskomnadzor bildirib ki, bunu ona görə edib ki, tətbqin rus təsisçisi Pavel Durov platformada terrora və ekstremizmə qarşı mübarizədə əməkdaşlığa hazırdır.

XS
SM
MD
LG