Accessibility links

YouTube saxtakarlıq hallarının ABŞ seçkilərinin nəticələrinə təsir göstərdiyini yanlış olaraq iddia edən videoları siləcək


YouTube çərşənbə günü geniş yayılmış saxtakarlıq hallarının ABŞ prezident seçkilərinin nəticəsinə təsir göstərdiyini yanlış olaraq iddia edən kontenti silməyə başlayacağını bildirib. Bu, şirkətin buna bənzər iddialarla çıxış edən videolarla bağlı daha sərt mövqe nümayiş etdirdiyini göstərir.

Çərşənbə günündən yüklənmiş məzmuna aid olan bu yeni dəyişiklik ABŞ qanunları ilə prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün son tarixdən bir gün sonra baş verir.

YouTube bu dəyişikliyi ABŞ-da tarixi prezident seçkilərinə yanaşmasına uyğun olaraq tətbiq etməyə başlayacağını bildirib.

Onlayn platformalar saytlarında seçki ilə bağlı yanlış məlumatlara nəzarət edilməsi ilə bağlı təzyiqlərlə qarşılaşıb.

Alphabet Inc Google-un sahibi olduğu YouTube kanalının seçkilərlə bağlı dezinformasiya məzmununu işarələməyə başlayan Facebook Inc və Twitter Inc-dən daha yumşaq yanaşma nümayiş etdirdiyi hesab edilir. YouTube-da seçki ilə əlaqədar bütün videoları işarələnir.

Noyabr seçkilərindən sonra Reuters agentliyi səsvermədə saxtakarlıqlarla əlaqədar yalan ittihamları gücləndirən reklam və abunə yolu ilə pul qazanan bir neçə YouTube kanalını aşkar etmişdi.

Ötən ay bir qrup Demokrat senator YouTube-dan 2020 seçkilərinin nəticələri və Corciyada Senatda ikinci tur keçiriləcək seçkilərlə bağlı yalan məlumat verən kontentin silinməsini istəyib.

Bu siyasətin Corciya seçkilərinə necə tətbiq ediləcəyi barədə suala YouTube sözçüsü bunn yalnız prezident seçkilərinə aid olduğunu qeyd edib.

YouTube çərşənbə günü bir bloq yazısında sentyabr ayından bəri mövcud siyasətlərini pozduğuna görə 8 mindən çox kanal və seçki ilə əlaqədar yanlış məlumat verilən minlərlə videonu platformadan çıxardığını açıqlayıb.

XS
SM
MD
LG