Accessibility links

Təhlil: Yuanın devalvasiyasının dünya bazarlarına təsiri [Video]


Təhlil: Yuanın devalvasiyasının dünya bazarlarına təsiri
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Ucuz yuan dolların dəyərini artırıb və nəticədə neft kimi dollarla satılan mallar ucuzlaşıb

Çərşənbə günü Çinin Mərkəzi Bankı ölkənin valyutasını 2 faiz devalvasiya edərək bütün dünyada səhm birjalarını sarsıdıb və yuanı üç ilin ən aşağı səviyyəsinə endirib. Devalvasiya qlobal inkişafın sürətinin azalda biləcəyi barədə narahatlıqlara səbəb olub və hətta bəzi insanlar Çini valyutasını manipulyasiya etməkdə ittiham ediblər. Bəziləri isə devalvasiyanı müdafiə edərək, bu addımı dünyanın ikinci ən qüdrətli iqtisadiyyatını qorumaq məqsədilə atılmış vacib bir addım kimi qiymətləndirir.

İndi o ixraclar Çində daha baha olacaqlar, eyni zamanda isə Çinin ixracatı daha ucuz. Bu isə Çində zəifləyən iqtisadiyyat nəticəsində onsuzda problemlərlə üzləşən xarici şirkətlər üçün əlverişsizdir.

Səhm birjalarında baş verən təşvişdən və ötən ay ixraclarında yaşanan 9 faizlik tənəzzüldən sonra Çinin Mərkəzi Bankı valyutasının dəyərini aşağı salıb. İqtisadçılar bunu zəruri addım adlandırırlar. Valyutanı devalvasiyasa edərək Çin ixracatını ucuzlaşdırır, lakin bunu Çində iş aparan xarici şirkətlərin hesabına edir, deyə CMC Markets-dən Casper Luis bildirir.

“İndi o ixraclar Çində daha baha olacaqlar, eyni zamanda isə Çinin ixracatı daha ucuz. Bu isə Çində zəifləyən iqtisadiyyat nəticəsində onsuz da problemlərlə üzləşən xarici şirkətlər üçün əlverişsizdir.”

Ucuz yuan dolların dəyərini artırıb və nəticədə neft kimi dollarla satılan mallar ucuzlaşıb. Lakin PNC Maliyyə Xidmətlərindən Qas Foşer deyir ki, bu halın ABŞ kimi inkişaf etmiş ölkələrə göstərdiyi qısa-müddətli təsirlərlə müqayisədə Çinin sağlam iqitsadiyyat yaratması üçün uzun-müddətli müsbət təsirləri daha çoxdur.

Foşer deyir ki, ABŞ və Çin arasında ticarətin zəifləməsinə baxmayaraq valyuta devalvasiyası qlobal iqtisadiyyatı tənzimləməyə kömək edəcək.

Lakin təhlilçilər gələcək devalvasiyadan narahatdırlar. Çinli istehlakçılar və Çin aktivlərinə sahib olan investorlar üçün isə bunun təsirləri böyük ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG