Accessibility links

Yunanıstan və Makedoniya sərhədində gərginlik davam edir


Makedoniya polisinin Yunanıstan sərhədini keçmək istəyən yüzlərlə miqranta qarşı göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə etməsindən sonra İdomeni sərhəd keçid məntəqəsində gərginlik davam etməkdədir.

Onlarla miqrant Yunanıstan sərhədində toplaşıb. Lakin hələlik heç bir qarşıdurmanın baş verdiyi deyilmir.

Tibbi yardım təşkilatları bildirib ki, 300-ə yaxın insan bazar günü baş verən qarşıdurma zamanı xəsarət alıb və müayinə olunub.

Makedoniya rəsmiləri deyib ki, 23 təhlükəsizlik qüvvəsi hadisə zamanı atılan daşlar nəticəsində yaralanıb.

İdomeni qaçqın düşərgəsində Makedoniyanın sərhədlərini açacağı barədə yayılan söz-söhbətdən sonra gərginlik artıb.

10 mindən çox miqrant fevral ayında Balkan ölkələrinin sərhədlərini bağlamaq qərarından sonra İdomeni sərhədinə yığışıb.

Makedoniya və digər Balkan ölkələri sərhədlərini həmin vaxtdan bağlayıb.

Avropa İttifaqı bildirib ki, onlar sadəcə müharibə nəticəsində qaçqın düşmüş Suriya və İraq vətəndaşlarını və siyasi mühacirətə uyğun olan digər ölkələrin vətəndaşlarını qəbul edə biləcək.

XS
SM
MD
LG