Accessibility links

Yunan adalarındakı pis şərait qaçqınlar arasında narahatlıq yaradır


BMT-nin qaçqınlar üzrə agentliyi bildirir ki, Yunanıstanın Egey adalarında izdiham və getdikcə pisləşən vəziyyət qaçqınlar arasında ciddi narahatlıqlar yaradır və bu, etirazlara səbəb olur.

Qurum Suriya, İraq və digər ölkələrdən qaçqınların yunan adalarına hökümətin onları köçürə biləcəyi sürətdən daha sürətli bir şəkildə axın etdiyini bildirir.

Onların verdiyi məlumata görə, avqust ayında adalarına dəniz vasitəsilə 3700 qaçqın gəlib. Bu isə iyul ayı ilə müqayisədə 1500 daha çox qaçqın deməkdir. Qaçqınlar üzrə agentliyin sözçüsü Sesil Puiyi deyir ki, yaşayış şəraiti xüsusilə də Lesbos, Samos, Leros və Çios adalarında pisdir.

“Bu insanların çoxu aylardır adalarda yaşayır və oradakı şərait onların fiziki və əqli sağlamlıqlarına təsir göstərib. Zorakılıq, sui-qəsd və cinsi zorakılıq təhlükəsi çox narahatedicidir və adalar daha yüksək təhlükəsizliklə təmin olunmalıdır”, deyə o bildirib.

Agentlik adaların ciddi şəkildə izdihamlı olduğunu və bəzi insanların konteynerlər və çadırlarda qaldığını bildirir. Puiyi deyir ki, Samos adasında 700 nəfər üçün nəzərdə tutulan ərazidə 1900 nəfər qalır.

BMT-nin Qaçqınlar üzrə Agentliyi adalardakı qəbul məntəqələrində şəraiti yaxşılaşdırmağa çağırır. Onlar bildirir ki, orada tibbi və psixoloji dəstək vermək, eləcə də valideynsiz uşaqları yardımla təmin etmək üçün əlavə işçilərə ehtiyac vrar

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG