Accessibility links

Yunanıstanın Fransa ilə Strateji Müdafiə Anlaşması Türkiyəni qəzəbləndirib


Yunanıstan müdafiə xərclərini təxminən yarıya salan onillik iqtisadi tənəzzüldən sonra hərbi imkanlarını artıraraq, Fransadan üç ən müasir döyüş gəmisi alır.

Müqavilə Yunanıstanın hərbi imkanlarını artırır, lakin tənqidçilər bunun hər ikisi NATO üzvü və uzunmüddətli düşmən olan Yunanıstanla Türkiyə arasında gərginliyi daha da artıra biləcəyindən qorxur.

5 milyard dollarlıq müqavilə Afinaya üç ədəd Belharra freqatı və üç ədəd Gowind korveti qazandıracaq.

İlk gəmilərin 2024 -cü ildə, qalanının isə iki il sonra Yunanıstana göndəriləcəyini bildirilib.

Müqavilə Yunanıstanın keçən il 2,5 milyard dollara ən azı 18 dördüncü nəsil Rafale qırıcı təyyarəsi alacağını elan etdiyi başqa bir gəlirli razılaşmadan sonra əldə edilib.

Bu müdafiə müqavilələri Yunanıstanla Fransa arasında strateji müdafiə strategiyasının imzalanmasına öyardım edibi.

Türkiyə hökuməti müqavilənin beynəlxalq hüquqa zidd olduğunu bildirir. İki ölkəni ayıran Egey su yolu və Aralıq dənizinin şərqi ilə bağlı illərdir Afinaya zidd gedən Ankara üçün son silah alışı onun hesabına oyun dəyişdiricidir.

XS
SM
MD
LG