Accessibility links

Yunanıstan qanunvericiləri hakim Siriza partiyasından ayrılıb


25 qanunverici yeni Xalq Birliyi partiyası yaradacaqlarını açıqlayıb

Yunanıstan baş naziri Aleksis Tsiprasın hakim Siriza partiyasının ultra-solçu üzvləri Avropa Mərkəzi Bankından 95 milyard dəyərində xilas paketinin qarşısını ala bilmədiklərindən sonra partiyadan ayrılıblar.

Cümə günü 25 qanunverici yeni Xalq Birliyi partiyası yaradacaqlarını açıqlayıblar. Bu, Yunanıstanın 300 üzvlük parlamentində üçüncü ən böyük partiya olacaq.

Xalq Birliyi partiyasının üzvləri cənab Tsiprasın Avropa Birliyinin xilas paketinin müqabilində yeni ixtisarlar etməyəcəyinə dair vədlərini yerinə yetirmədiyi üçün narazılıqlarını bildiriblər.

Cümə axşamı istefasını elan edən və sentyabrın 20-də erkən seçkilərə çağıran Tsipras sözünü tutmaq üçün əlindən gələni etdiyini və sonda əldə edə bildiyi ən yaxşı razılığa imza atdığını bildirib.

XS
SM
MD
LG