Accessibility links

Yunanıstan iqtisadi yardım paketini uzatmaq məqsədilə bir sıra islahatlar irəli sürüb


Bu təkliflər ölkənin çökən iqtisadiyyatının dirçəldilməsinə yönəlib

Yunanıstan iqtisadi yardım paketini daha dörd ay uzatmaq məqsədilə avropaılı kreditorlarına nəzərdə tutulan iqtisadi islahatlar siyahısını təqdim edib.

Avrozona maliyyə nazirlərindən ibarət qrupa rəhbərlik edən Cern Dicselblom bildirib ki, Yunanıstan hökümətinin islahatlar siyahısı vaxtında təqdim olunub.

“Onlar ötən gecə mənə məktub göndəriblər və hazırda məktub müəssisələr tərəfindən qiymətləndirilir. Ona görə də biz bu gün onlarda cavab almalıyıq”, deyə Dicselblom Avropa İttifaqı qanunvericilərinə bildirib.

Avropa Komissiyasına yaxın mənbə isə irəli sürülən islahatlar siyahısının uğurlu müzakirənin başlanğıcı üçün “yetərincə hərtərəfli” olduğunu deyib.

Bu inkişaflar Yunanıstanın aksiya bazarına müsbət təsir göstərək fazi dərəcələrinin yeddi faiz artmasına səbəb olub.

Bu təkliflər ölkənin çökən iqtisadiyyatının dirçəldilməsi və 270 milyard borc müqabilində dövlət xərclərinin azaldılmasına yönəlib. Yunanıstanın iqtisadi yardım paketini saxlamaq üçün istədiyi islahatları təklif etmək hüququ var, lakin bu təkliflər ilk öncə Avropalı kreditorları, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən təsdiq olunmalıdır.

XS
SM
MD
LG