Yunanıstanda onlarla yanğınsöndürən Afinanın cənub-şərqindəki evlərə çatmaq təhlükəsi yaradan meşə yanğınlarını söndürməyə çalışır.
Bazar ertəsi gecə regionda əsən güclü küləklər alovu söndürməyə çalışan yanğınsöndürənlər üçün əngəl törədib.
Rəsmilər güclü küləklər nəticəsində alovun daha da böyük əraziyə yayıla biləcəyindən ehtiyat edir.
Regiona aparan yollarda nəqliyyat dayandırılıb.