Accessibility links

Turist mövsümü yaxınlaşdığı üçün Yunanıstandakı qaçqınlara təzyiqlər artır [Video]


Turist mövsümü yaxınlaşdığı üçün Yunanıstandakı qaçqınlara təzyiqlər artır
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Sərhədlərin bağlanması 50 min qaçqının Yunanıstanda ilişib qalmasına səbəb olub. Afinanın Piraeus limanı geri dönə bilməyən qaçqınların əsas dayanacağına çevrilib. Lakin, hökümət iqtisadiyyata təkan vermək məqsədilə önümüzdəki turist mövsümünə hazırlaşdığı üçün, qaçqınları başqa bir yerə köçürtməyə səy göstərir. Amma bu vəziyyət hər kəsin xoşuna gəlmir.

Avropa İttifaqının bütün hökümətləri, buradakı insanlar üçün nəsə etməlidir. Biz insanıq, heyvan deyilik.

Afinadakı Piraeus limanı qasırğa zamanı qaçqınları sığınacaqla təmin etsə də, indi buradakı qaçqınlar yenə də qeyri-müəyyən gələcəklə üz-üzədirlər.

Sərhədlər bağlandığı üçün Avropanın digər yerlərinə də keçid bağlanıb və əsasən də əfqanlar və suriyalılardan ibarət 4 minə yaxın qaçqın buraya sığınıb.

Amma iqtisadi baxımdan zəifləyən Yunanıstanın çox ehtiyacı olduğu turist mövsümü yaxınlaşdığı üçün hökümət qaçqınları köçürtməyə qətiyyətlidir.

“Onlar burada işlərin bərpa olunması məqsədilə bu müvəqqəti tranzit stansiyanı təmizləmək və normal vəziyyətinə qaytarmaq istəyirlər".

Katerina Dounvord qaçıqnları rahatlık və köməkliklə təmin edən az sayda könüllülərdən biridir.

Burada vəziyyət idealdan çox uzaqdır. Qaçqın icmaları arasında gərginliklər yaşansa da, burada daimi yemək və uşaqlar üçün müalicəvi oyunlar var.

Buna baxmayaraq dövlət və liman rəsmiləri tərəfindən qaçqınlara qarşı təzyiq hər gün daha da artır.

Köçürülmə işlərinin cümə gününədək bitəcəyi gözlənilir. Yeni gələnlər artıq xoş qarşılanmayacaq, burada yaşayan qaçqınlara isə limana girib-çıxa bilmələri üçün ştamplar veriləcək.

Yunanıstanda Moria qaçqın düşərgəsi
Yunanıstanda Moria qaçqın düşərgəsi

Bu arada isə limandan digər dövlət tərəfindən təyin edilmiş düşərgələrə də avtobuslar gedir.

Bu cür düşərgələrin bəzilərinin Piraeusdan yaxşı olduğu deyilir.

Amma bəzi qaçqınların da dediyinə görə, digər düşərgələr o dərəcədə pis vəziyyətdə olub ki, onlar limana geri dönməli olublar.

Bundan əlavə isə qaçqınlar Türkiyəyə geri göndərildiyi üçün onlar hökümətin idarə etdiyi hər bir düşərgədən narahatdırlar.

İnsanlar deyir ki, düşərgələrin vəziyyəti yaxşı deyil və orada yer, yemək yoxdur. Ora türmə kimidir. Biz türmədə qalmaq istəmirik. Biz azad olmaq istəyirik.

“İnsanlar deyir ki, düşərgələrin vəziyyəti yaxşı deyil və orada yer, yemək yoxdur. Ora türmə kimidir. Biz türmədə qalmaq istəmirik. Biz azad olmaq istəyirik.”

Ancaq bu azadlıq qaçqınlara rahat başa gəlmir.

Ailəsi Suriyada öldükdən sonra tək başına buraya gələn Həsən Mənsur aqibətinin nə olacağını bilməsə də, onun bir mesajı var.

“Avropa İttifaqının bütün hökümətləri, buradakı insanlar üçün nəsə etməlidir. Biz insanıq, heyvan deyilik.”

XS
SM
MD
LG