Accessibility links

Avropa maliyyə nazirləri Yunanıstan üçün xilas paketini müzakirə edir


Yunanıstan parlamentində keçirilən səsvermə zamanı ciddi iqtisadi islahatlar paketi təsdiq olunub

Yunan qanunvericilərin ciddi iqtisadi islahatlar paketini qəbul etməsindən sonra Avropa maliyyə nazirləri Yunanıstana ayrılacaq xilas paketinə dair müxtəlif variantları müzakirə edir.

Yunanıstanın Baş naziri Aleksis Tsipras səsvermədən az sonra qanunvericilərə kreditorların şərtlərini qəbul etməkdən başqa çarəsinin olmadığını deyib. Bu şərtlərə yeni vergilərlə birlikdə pensiya islahatları da daxildir.

Əlavə xilas paketi müqabilində kreditorlar yunan qanunvercilərin islahatların lehinə səs verməsini tələb etmişdi. Rəsmi Afina bazar ertəsinədək Avropa Mərkəzi Bankına 4,6 milyard dollar məbləğində krediti geri ödəməlidir.

Yunanıstanın xilas paketini alması üçün bazar ertəsi əldə olunan razılıq 19 ölkədən ibarət avrozonanın bəzi ölkələrinin parlamentində təsdiq olunmalıdır. İlk olaraq cümə günü Almaniya səs verəcək.

XS
SM
MD
LG