Accessibility links

Yunanıstanda koalisiya hökuməti yaradılır


17 üzvlü avrozonaya daxil olan Yunanıstanda ölkənin müqəddəratını həll edəcək seçkilərdən sonra Yeni Demokratiya partiyasının sədri Antonis Samara yeni hökuməti təşkil etməlidir. Parlament seçkilərində əksəriyyət əldə edən bu partiyanın sədri bu gün ölkə prezidenti Karolos Papuliasla görüş keçirərək, koalisiya hökumətinin təşkili məsələsini müzakirə edib.

Mühafizəkar Yeni Demokratiya partiyası 30 faiz səs toplamaqla, 300 yerli parlamentdə 129 yer əldə edib. Solçu radikal Suriza partiyası 71, PASOK sosialistləri isə 33 yer qazanıb.

Avropa Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso birgə bəyanatda Yunanıstanın yeni koalisiya hökumətinin ölkəni davamlı bir iqtisadi yola çıxaracağını səbirsizliklə gözlədiklərini bildirib.

XS
SM
MD
LG