Accessibility links

Yunanıstanın baş naziri etimad səsverməsi ilə üzləşir


Yunanıstanın baş naziri etimad səsverməsi ilə üzləşir
Yunanıstanın baş naziri etimad səsverməsi ilə üzləşir

Yunanıstanın baş naziri Corc Papandreu parlamentdə etimad səsverməsi ilə üzləşir. Bu situasiya onun dünya liderlərinin qəzəbinə səbəb olan xilas paketinə dair ümummilli referendum planını ləğv etməsindən sonra yaranıb. Cənab Papandreu Yunanıstanın müxalifətin mərkəzi-sağçı nümayəndələrinin xərclərin azaldılmasını nəzərdə tutan xilas planı dəstəklədiyini bildriməsindən sonra referendum təklifini geri götürməyə razılıq verdi.

Nəhəng beynəlxalq təzyiqlərlə üzləşən baş nazir referendum təklifinin müxalifətin dəstəyini qazanmaq üçün ortaya atıldığını bildirib. Bu açıqlamanın ardınca yunan müxalifətinin lideri Antonis Samaras cənab Papandreunu yunanıstanının dünyadakı statusunu gözdən salmaqda ittiham edərək onu istefa verməyə çağırıb.

XS
SM
MD
LG