Accessibility links

Yunanıstanın çağırışı səhm birjalarında kəskin enişə səbəb oldu


Yunanıstanın çağırışı səhm birjalarında kəskin enişə səbəb oldu
Yunanıstanın çağırışı səhm birjalarında kəskin enişə səbəb oldu

Dünya boyu zəhm bazarları kəskin düşüb. Son olaylar Yunanıstanın borc bağışlama razılığı ilə bağlı referenduma çağırışından sonra baş verib. Belə ki, Avropa liderləri bu çağırışa nə cür reaksiya verəcəklərini müəyyən etməyiblər. ABŞ-da, Asiyada və Avropada səhm birjaları kəskin enib. Bəzilərində itkilər iki faiz təşkil edir. Ən çox itikilərə yunanlara kredit vermiş banklar məruz qalıb.

Avropa İttifaqının liderləri Herman Von Rompuy və Hose Manuel Barrroso deyirlər ki, onlar Yunanıstanın borc razılığına əməl edəcəyinə əmindirlər. Həmin razılığa əsasən Yunanıstanın 140 milyard dollar həcmində borcu bağışlanacaq. Bunun əvəzində Afina öz xərclərində bir sıra ixtisarlar həyata keçirməlidir ki, bu addımlar vətəndaşları xeyli qəzəbləndirib.

XS
SM
MD
LG