Accessibility links

ABŞ-ın Yuta ştatında şiddətli sel baş verib


Nəticədə 15 nəfər ölüb

ABŞ-ın qərbində Yuta- Arizona sərhədində yerləşən balaca bir şəhərdə baş verən sel nəticəsində azı 15 nəfər ölüb.

Yutanın Hildeyl şəhərinin rəsmiləri bildirir ki, gözlənilməyən dərəcədə şiddətli su axınının iki maşını aparması 12 nəfərin ölümünə səbəb olub. Qurbanlarin biri hələ də tapılmayıb.

Hildeyldən 32 kilometrilk məsafədə yerləşən Zion Milli Parkında isə sel nəticəsində üç nəfər ölüb, dörd nəfər itkin düşüb.

Selə güclü yağışlar nəticəsində çayların daşması səbəb olub. Hildeyl sakinlərinin sözlərinə görə, şəhər ətafındakı dərin dərələrdə daha öncə də daşqınlar olsa da, bu dərəcədə şiddətli olmayıb.

Çərşənbə günü Yutanın qubernatoru Qari Herbert hadisə ilə bağlı kədərini ifadə edib və bərpa üçün ştatın bütün resurslarından istifadə olunacağına söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG