Accessibility links

Amerikanın yenidən dizayn edilmiş 100 dollarlıq əskinazları


Yeni 100 dollarlıq
Yeni 100 dollarlıq

Yeni 100-lüklər oktyabrın 8-də tədavülə buraxılacaq

Mayın 29-da ABŞ-ın Federal Rezerv Şurası yenidən dizayn edilmiş $100 əsginasların 8 oktyabr 2013-cü il tarixindən etibarən tədavülə buraxılacağını elan edir.

Mavi, 3-D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu banknotların həqiqiliyini müəyyənləşdirmək ictimaiyyət üçün daha asan, onu saxtalaşdırmaq istəyənlər üçün isə daha çox çətin olacaq.

$100 banknotların yeni dizaynı 2010-cu ildə təqdim olunmuşdu, lakin istehsalla bağlı gözlənilməz gecikmə səbəbindən onun təqdimatı təxirə salınmışdı. Oktyabr ayında dövriyyəyə buraxıldıqdan sonra yenidən dizayn edilmiş əskinazların səmərəli dövriyyəsini təmin etmək məqsədilə, ABŞ-ın Valyuta Təhsil Proqramı yeni dizayn edilmiş bankomatla bağlı məlumatlılığı artırmaq və onun təhlükəsizlik funksiyaları necə istifadə etmək haqqında məlumat vermək məqsədilə dünya səviyyəsində fəaliyyət göstərən təşkilatlara və istehlakçılar arasında iş aparır.

Yeni dizayn edilmiş 100 dollarlıq banknotlar, həmçinin təlim və tədris materialları haqqında daha ətraflı məlumatı www.newmoney.gov saytından əldə edə bilərsiniz.
XS
SM
MD
LG