Accessibility links

Tələbələr Mayk Pensə etiraz edib


Bazar günü vitse-prezident Mayk Pens İndiana ştatında yerləşən Notr Dam Universitetin buraxılış mərasimində çıxış edərkən 100-dən çox məzun ayağa qalxaraq, zalı tərk edib.

Ölkənin ən tanınmış Katolik Universiteti olan Notr Dam Universiteti adətən yeni prezidenti onun ilk ilində məzuniyyət mərasimində çıxış etmək üçün dəvət edir.

Lakin minlərlə tələbə və müəllim heyəti tərəfindən imza toplanaraq, Donald Trampın gəlməsinə etiraz edildiyinə görə rəhbərlik bu dəfə çıxış etmək üçün Mayk Pensi dəvət etməyə məcbur qalmışdı.

Bu aksiya “WeStandFor” adlı tələbə təşkilatı tərəfindən təşkil edilib. Etiraz kampaniyasının səbəbi Mayk Pensin homoseksualların hüquqlarını pozması, Suriyadan gələn qaçqınların İndianada yerləşdirilməsini dayandırması və prezidentin səyahət qadağasını dəstəkləməsi idi.

Bu ayın əvvəllərində əsasən qaradərililərin təhsil aldığı Floridanın Bethune-Cookman Universtetində tələbələrin təhsil naziri Betsi DeVosun çıxışına etiraz etməsindən sonra bu, ikinci belə hadisədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG