Accessibility links

Baş prokuror "Fətullah Gülən", "MTN", "Əli İnsanov"-un işləri barədə danışdı


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

O deyib ki, MTN əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bu gün də istintaq davam etdirilir

"Fətullah Gülən "hərəkatı ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Baş Prokurorluğunun Türkiyəyə müraciəti üzrə işlər davam etdirilir.

Bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi bu yaxınlarda Türkiyədə olub:

"Bu yaxınlarda yenidən ezamiyyətdə olacaq. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".

Baş prokuror həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.

Z. Qaralov deyib ki, əgər Əli İnsanov cinayət törətməkdə təqsirli bilinməsəydi, cinayət iş açıla bilməzdi: "Cinayət işi açılıbsa, istintaq aparılmalıdır".

Bu ilin avqust ayında sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlandığı açıqlanıb.

Zakir Qaralov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin işi ilə bağlı münasibət bildirib.

O deyib ki, MTN əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bu gün də istintaq davam etdirilir.

Paş prokuror vurğulayib ki, bütövlükdə istintaq 280 epizod üzrə aparılır:

"Həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq"

XS
SM
MD
LG