Accessibility links

Müdafiə naziri cəbhəboyu zonada döyüş hazırlığını yoxlayıb


Zakir Həsənov cəbhədə
Zakir Həsənov cəbhədə

Azərbaycan müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Zakir Həsənov cəbhədə
Zakir Həsənov cəbhədə

Mətbuat xidməti bildirir ki, Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən, müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə söhbət edib, onların xidmətləri və qayğıları ilə maraqlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Böyük Britaniya Ukrayna ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG