Accessibility links

İşləməyən bir hava limanını yenidən qururlarsa...


“Zaqatalada işləməyən hava limanının yenidən qurulması təəccüblüdür. Çünki, hələ bu hava limanından heç bir aviareys həyata keçirilməyib”.

İqtisadçı Natiq Cəfərli Zaqatalada hava limanının yenidən qurulub istifadəyə verilməsini dəyərləndirərkən AzadlıqRadiosuna belə deyib.

N.Cəfərli qeyd edib ki, ümumiyyətlə, bir bölgədə iki hava limanının olması məqsədəuyğun deyil.

Natiq Cəfərli
Natiq Cəfərli

“Bu bölgədə Qəbələdə hava limanı var. Oradan bir saat yarıma avtomobillə Zaqatalaya gedə bilərsiniz. Məhz buna görə Zaqatala hava limanı iqtisadi cəhətdən əlverişli deyil. Əgər Qəbələ bu bölgədə turizm mərkəzi kimi seçilibsə, işə yaramayan hava limanına maliyyə qoymaq deyil, onun inkişafı daha səmərəli olardı,” iqtisadçı bildirib.

Cəfərli vurğulayıb ki, indiyə qədər ümumiyyətlə Zaqatala hava limanından hansısa aviareysin həyata keçirilməsi barədə məlumat yoxdur. Onun fikrincə, yenidənqurmadan ötrü çoxlu pul ayrılması uçuş infrastrukturunun inkişafı arzusundan çox şübhəli məqamlara oxşayır.

Bu bölgədə Qəbələdə hava limanı var. Oradan bir saat yarıma avtomobillə Zaqatalaya gedə bilərsiniz. Məhz buna görə Zaqatala hava limanı iqtisadi cəhətdən əlverişli deyil.

“Gürcüstanda da regional hava limanları inkişaf edir. Amma bir ardıcıllıq var. Məsələn, Kutaisi şəhərindəki hava limanının yenidən qurulmasından sonra loukosterlərin çoxu buraya köçürüldü. Bundan əlavə, orda tez-tez endirim aksiyaları təşkil edilir və ucuz qiymətlərlə dünyanın bir çox ölkələrinə uçmaq olur. Bizdə belə şeylər yoxdur və regional hava limanları fəaliyyətsizdir”, - o, bildirib.

AZAL şirkəti son bir neçə ildə təyyarə arsenalını, aviareyslərin sayını artırmağa səy göstərir.
AZAL şirkəti son bir neçə ildə təyyarə arsenalını, aviareyslərin sayını artırmağa səy göstərir.

İqtisadçı hesab edir ki, Zaqatala hava limanı ölkə büdcəsinə heç bir mənfəət gətirmir və dövlətin pulları boş yerə aeroportun saxlanmasına, işçilərin əmək haqqına xərclənir.

Bu açıqlamaya, hələlik, "Azərbaycan Hava Yolları" - AZAL Açıq Səhmdar Cəmiyyətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AZAL Zaqatala hava limanının yenidənqurma işlərindən sonra istismara verildiyini açıqlayıb. Yenidənqurma zərurəti 2012-ci ildəki zəlzələ ilə izah edilir.

Zaqatala hava limanı ilk dəfə 2008-ci ildə yenidən qurulub. AZAL xərclərin məbləği barədə məlumat vermir.

Zaqatala Beynəlxalq Hava Limanının yenidən qurulmasının prezident İlham Əliyevin bu rayona səfəri zamanı verdiyi tapşırığa uyğun olaraq həyata keçirildiyi bildirilir.

Azərbaycanda hazırda 6 hava limanının olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG