Zaqatalada (Bakıdan 418 kilometr şimal-qərb) qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 21-də Zaqatala rayonunun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri polis əməkdaşları tərəfindən müəyyən edilib.
Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşür və 11 ədəd audiokaset aşkar edilərək götürülüb.