Zaqatala rayonunda (Bakıdan 418 kilometr şimal-qərb) qanunsuz dini yığıncaq keçiriən şəxslər saxlanılıb.
Daxili İçlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, yığıncaq rayonun Əliabad qəsəbə sakini Həmid Şabanova məxsus həyətyani sahədə yerləşən tikilidə keçirilib.
Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi tədbirlər nəticəsində həmin ünvanda H.Şabanov və həmyerlisi Mehman Ağammədov, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikd, qanunla qadağan olunan dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.
Onlar saxlanılıb, izahatları alınaraq buraxılıb.
Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və ekspertiza edilməsi üçün DQİDK-a göndərilib.
Faktla bağlı araşdırma aparılır.