İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İrana qarşı beynəlxalq sanksiyalar Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehranın nüvə proqramı ilə bağlı yekun hesabataını şənbə günü açıqlayandan sonra aradan qaldırılacaq.
Zərif bu açıqlamaları İranın İSNA agentliyinə Vyanaya yola düşməzdən əvvəl verib. "Bu gün İran xalqı üçün yaxşı bir gündür və sanksiyalar bu gün qaldırılacaq"-deyə Zərif bildirib.
İranın yüksək səviyyəli diplomatı İranın nüvə razılaşmasına əməl etməsini müzakirə etmək üçün Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini ilə görüşüb.
Zərif və Mogerini bu gün daha sonra ABŞ Dövlət katibi Con Kerri ilə görüşüb. Onların birgə bəyanatla çıxış edəcəyi gözlənilir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatı
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını məhdudlaşdıracağı haqda öhdəliyinə əməl etdib-etmədiyini rəsmən elan etməlidir. Bu, sanksiayaların aradan qaldırılmasına yol açır.
İslam respublikası və dünya qüdrətləri arasında nüvə razılaşması iyul ayında imzalanıb. Razılığa əsasən, Tehran sanksiyaların aradan qaldırılması müqabilində uranın zənginləşdirilməsi sahəsində fəaliyyətlərini məhdudlaşdırmalı və beynəlxalq təftiş üçün təqdim etməlidir.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Vyana görüşü razılığa dair birgə fəaliyyət planına əsasən keçirilir.
"Dediyimiz kimi, bütün tərəflər İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığını təmin edəcək Birgə Fəaliyyət Planının yerinə yetirilməsi istiqamətində inkişafı davam etdirir"-deyə o bildirib.
ABŞ inkişafdan xəbərdardır
Ağ Evin sözçüsü Coş Ernest deyib ki, Birləşmiş Ştatlar İranın razılığa əməl etmək istiqamətində inkişafa nail olduğundan xəbərdardır, lakin İrana qarşı sanksiyalar Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatı öhdəliklərə əməl olunduğunu təsdiq etməyənə qədərqaldırılmayacaq.
O deyib ki, buraya "İranın parçalanan material əldə etdiyi bütün yolların bağlanması, eləcə də uran ehtiyatlarının 98 faizinin azaldılması" daxildir. Coş Enest bildirib ki, bundan daha önəmli İranın nüvə proqramının monitorinqidir. "Biz sanksiyaların yenidən qüvvəyə minməsinə nail ola bilərik"-deyə o əlavə edib.