Accessibility links

Həbsdə olan Zaur Qurbanlı talassemiya xəstəliyindən əziyyət çəkir


NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı
NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı

Ombudsman aparatı və Penitensiar xidmət gənc fəalın vəziyyətinin stabil olduğunu deyir. Zaurun anası isə cərrahiyə əməliyyatının vacibliyini bildirir

NİDA Vətəndaş Hərəkatının həbsdə olan İdarə Heyətinin üzvü Zaur Qurbanlı talassemiya xəstəliyindən əziyyət çəkir . Zaur Qurbanlının anası Səkinə Qurbanova Amerikanın Səsinə bildirib ki, oğlu beta-talassemiya geni daşıyıcısı deyil, beta-talassemiya xəstəsidir.

Ana bu sözlərlə ombudsman aparatının Zaur Qurbanlının beta-talassemiya geni daşıyıcısı olması barədə xəbərinə də münasibət bildirib.

Ombudsman aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında gənc fəallar Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli, Rəşadət Axundov, Şahin Novruzlu, Rəşad Həsənov, Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov və digərlərinə baş çəkiblər.

Ombudsman aparatının mətbuat xidmətinin məlumatına görə, Z.Qurbanlının vəziyyətinə dair tibbi arayış alınıb: təcridxanada saxlandığı müddətdə müayinələr, tibbi nəzarət, vəziyyətin stabil və qənaətbəxş olması, digər müalicəyə ehtiyacın olmaması barədə.

Bununla yanaşı ombudsman Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinin rəisinə müraciət edib. Z.Qurbanlı Elmi Tədqiqat Hemetologiya və Transfuziologiya İnstitutunda müayinə olunub, ultrasəs müayinəsindən keçib, qan analizi verib. Z.Qurbanlının qan göstəricilərinin və dalağının ölçüsünün normaya uyğun olduğu müəyyən edilib və diaqnoz qoyulub, - beta-talassemiya geninin daşıyıcısı.

Ədliyyə Nazirliyi Baş Müalicə Müəssisəsindən bildirilib ki, Z.Qurbanlının səhhəti nəzarət altındadır və o, vaxtaşırı müayinədən keçiriləcək.

Zaur Qurbanlının anası Səkinə Qurbanova isə deyir ki, Zaurun vəziyyəti tez-tez pisləşir, azhərəkətli həyat tərzindən yenidən babasil kəskinləşib. Mərkəzi Klinik Xəstəxandan dəvət olunan həkim cərrahiyyə əməliyyatının vacibliyini bildirib.

“Hələlik Zauru dərmanlarla saxlayırıq”, ana qeyd edib.

Onun sözlərinə görə, son günlər Zaurun ayaqları şişir, göyərir, bu da üç il əvvəl aldığı zədənin nəticəsidir. O zaman onu üç yerdən əməliyyat ediblər və indi də həmin zədələr kəskinləşib.

“Lakin ən pis olan talassemiyanın kəskinləşməsidir. O, talassemiya geni daşıyıcısı deyil, xəstədir. 15 yaşına qədər Şəkidə yaşamışıq, orada qeydiyyatda olub və ona müntəzəm qan köçürülüb”, - ana bildirib.

Təmiz havanın çatışmaması da onun səhhətinə mənfi təsir göstərir və xəstəlik inkişaf edir.

Öz növbəsində vəkil iyulun 2-də vəkil Xalid Bağırov Penitensiar Xidmət rəhbərliyinə Zaur Qurbanlının müalicəsi ilə bağlı müraciət edib.

“Zaurun yanına müstəqil həkim buraxılması üçün müraciəıt etmişəm, lakin indidədək cavab ala bilməmişəm”, vəkil Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG