Accessibility links

Əl-Qaidə başçısı Suriya üsyançılarını daxili çəkişmələrə son qoymağa çağırıb


Əl-Qaidə təşkilatının başçısı Ayman Əl-Zavahiri Suriyada üsyançıları öz aralarında münaqişələrə son qoymağa çağırıb.

Cümə günü internetdə yaydığı mesajda Zavahiri onun nümayəndəsi olan Əbu Xalid Əl-Surinin bu daxili münaqişələr nəticəsində qətlə yetirildiyini bildirib. Suriyada böyük nüfuza malik İslam Cəbhəsinə daxil olan Əhrar Əl-Şəm üsyançı qrupunun təsisçisi Əl-Suri fevral ayında intiharçı hücumu nəticəsində qətlə yetirilmişdi.

Zavahiri qətllə bağlı müstəqil məhkəməsinə çağırıb . Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi qətldə İraq və Levantda İslam dövləti ISIL qrupunu günahlandırıb.

Bəyanatın Ayman Əl-Zavahiriyə aid olduğu müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, lakin Röyters xəbər agentliyi səs yazısının Əl-Qaidə başçısına aid ola bildiyi haqda məlumat verib.

ISIL və Əl-Husra Cəbhəsi və İslam Cəbhəsi də daxil olmaqla Suriyanın üsyançı qrupları arasında münaqişə Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən devrilməsi səylərinə mane olub.

Əl-Qaidə ISIL qrupu ilə əlaqələrin kəsildiyini fevral ayında elan etmişdi.
XS
SM
MD
LG