Accessibility links

Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub (Yenilənib)


Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub
Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub

Şirvan şəhər Mərkəzi Xəstəxanasından Amerikanın Səsinə bildiriblər ki, hadisə nəticəsində bir qadın həlak olub, 19 nəfər xəstəxanaya yerləşdirlib. Onlardan 1 nəfərinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Xəstəxanaya yerləşdirlənlərin 6-sı yanıq xəsarəti alıb, 9-zu tüstüdən boğulmaya məruz qalıb. Qalan daxil olanlar isə müxttəlif xəsarətlər alıb. Tüstüdən boöulmaya məruz qalanların artıq 7 nəfəri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

İyulun 6-da Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki (Bakıdan 127 kilometr cənub-qərb) Telemexanika Zavodunda istehsalat qəzası baş verib. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, istehsalat qəzası nəticəsində sexlərin birində partlayış olub.

Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qəza nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib.

Öz növbəsində, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, zavodun 19 nəfər işçisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlirb. Hazırda hadisə yerində 5 təcili tibbi yardım briqadası işləyir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

"Telemexanika" zavodu 1981-сi ildə "Сihazlar" zavodu adı altında fəaliyyətə başlayıb. 1988-сi ildə "Сihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-сi ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG